"Təəssüf ki, azərbaycanlı uşaqlar futbolu şəhər küçələrində oynayırlar"

16:34 - 6 Sentyabr 2013

Berti Foqts: "Aslan Kərimovla Rauf Mehdiyev AÇ-2016-ya qədər hazır olmalıdılar"
 
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts əsas komandamıza cəlb olunan gənc məşqçilər – Aslan Kərimovla Rauf Mehdiyevdən danışıb.
 
Sportal.az xəbər verir ki, o, bu gün İsraildə baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bu toplanışa Aslan Kərimovla yanaşı Rauf Mehdiyev də gətirilib. Onlar məşqçi kimi Azərbaycanda keçiriləcək AÇ-2016-ya hazır olmalıdılar. Onları da məhz buna görə əsas komandaya dəvət etmişik. Burda topladıqları təcrübə sayəsində onlar uşaqlarla yaxşı işləsələr, qitə birinciliyində yaxşı nəticələr qazanmaq olar. Lakin təəssüf ki, azərbaycanlı uşaqlar futbolu şəhər küçələrində oynayırlar”.

Xəbər xətti