"Real"ın 39 milyonluq transferindən şad xəbər

23:43 - 6 Sentyabr 2013

Asyer növbəti turda forma geyinə bilər

 

“Real”ın yayda 39 milyon avro qarşılığında “Real Sosyedad”dan transfer etdiyi Asyer İlyarramendi zədəsi üzündən hələ ki, yeni klubunda debüt edə bilməyib. 

Sportal.az xəbər verir ki, 23 yaşlı dayaq yarımmüdafiəçisinin həsrətli günləri başa çatmaq üzrədir.

Belə ki, İlyarramendi artıq məşqlərə başlayıb. Məşqçilər korpusu ondan “Atletik”lə oyunda istifadə edə bilər. 

Xəbər xətti