"Araz" Tovuza nə vaxt yollanacaq?

01:44 - 7 Sentyabr 2013

"Araz" Gəncəyə daha sonra isə Tovuza yollanacaq
 
Artıq Azərbaycan I divizionunda yeni mövsümün başlanmasına bir neçə gün qalıb.
 
Sportal.az xəbər verir ki, divizion klubları ilk turun oyunlarına hazırlıqlarını davam etdirirlər.
 
Bu klublar sırasında Naxçıvanın "Araz" kollektivi də var. Naxçıvan təmsilçisi ilk oyunu Tovuzda "Turan" komandasında qarşı keçirəcək. Klub Tovuza böyük ehtimalla sentyabr ayının 13-də yollanacaq. "Araz" Tovuz səfərinə Naxçıvandan birbaşa təyyarə ilə yollanacaq.
 
Komandanın Gəncədə olan "Kəpəz" oteldə qalacaqları bildirilir.

Xəbər xətti