"Şahin Diniyevin çalışdırdığı milli komanda daha güclü idi"MÜSAHİBƏ

13:46 - 7 Sentyabr 2013

Ceyhun Sultanov: "Milli komandamız oyun göstərmir"
 
Veteran futbolçu Ceyhun Sultanovun Sportal.az-a müsahibəsi 
 
- Millimizin bu günki oyunu haqqında nə düşünürsən?
- Bizim millimiz qrupda hər hansı yeri tutmaq uğrunda oynamır. Sadəcə yaxşı oyun göstərmək lazımdır. Azarkeşlər yığmamızdan baxımlı oyun gözləyir. Onsuz da bilirik ki, biz o komandaların arasından qrupda yer tutub DÇ-yə gedə bilmərik. 
 
- Bizim indiki millimizdən yaxşı oyun görə bilirik?
- Yox, milli komandamızın heç bir oyun üslubu yoxdur. Sadəcə oyunçuların fərdi oyunları var. Onlar öz fərdi keyfiyyətləri hesabına meydanda nəsə göstərmək istəyir. 
 
- İsrailllə ilk oyunda millimiz heç-heçə etdi. Onları doğma meydanda məğlub edə bilərdikmi?
- Uda bilərdik, amma əzmkarlıq hesabına. Oyunumuzla onlara qalib gələ bilməzdik. Çünki yığma komandada oyun yoxdur. 
 
- Səncə, bu millidə oynayan futbolçular hamısı layiqdirlərmi orda oynamağa?
- Layiq olanları da var, olmayanları da var. Elələri var ki, onların yerinə Premyer Liqada oynayan daha yaxşı formada olan futbolçular çağırmaq olar. Bəzi layiq olan futbolçular bu gün millidə yoxdur. Kim ki oynamalıdır yoxdur millidə, kim ki oynamamlıdır ordadır.
 
- Bu nədən irəli gəlir? Sənin fikrincə tapşırıqla ola bilərmi?
- O da ola bilər. Amma Foqtsun da sekelsiya seçimi yaxşı deyil. Çünki o Azərbaycan çempionatına baxmır. Əgər bir futbolçu əsas heyətə düşmür və milliyə çağrılırsa, deməli Foqts işləmir. 
 
- İsrail millimizi böyükhesabla məğlub edə bilərmi?
- Futboldur hər şey ola bilər. İsrailə xal lazım olduğu üçün millimizə çox çətin olacaq.
 
- Qarşıda Rusiya və Şimali İrlandiya ilə oyunumuz var. Səncə, həmin oyunlarda nə edəcək? 
- Qarşıda iki oyun var. İnanmıram ki, milli həmin oyunlardan xal qazansın. Çünki milli bu seçmə mərhələdə ən zəif komanda idi. Heç bir inkişaf yoxdur yığmada. Rusiyaya da, Şimali İrlandiyaya da xal lazımdır. Düzdü, səfərdə Şimali İrlandiya ilə heç-heçə etdik, amma bütün oyun boyu onlar başımıza nə oyun açdılar? Həm də 3 oyun 3 xal yığmasaq, deməli Foqts heç işləməyib millidə. 
 
- Bir vaxtla Şahin Diniyevin vaxtında sən də millidə oynamısan. Həmin milli ilə indiki milli arasında nə fərq var?
- Həmin yığma komanda daha güclü idi. Şahin Diniyevin yığması futbol oynayırdı. Onda ən azı meydanda futbol var idi. Oyun oynamaq lazımdır. Bilirik ki, qrupda çıxan deyilik. Gözəl futbol oynama lazımdır. Daha çox müdafiəyəmeyilli futbolçular buraxır. Hər xətdə bir futbolçu özünü göstərir. Fərqi ustalıq hesabına.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti