Millimizin start heyəti məlumdur

17:23 - 7 Sentyabr 2013

Cihan Özkara start heyətdə
 
 
Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsrail yığması qarşılaşacaq Azərbaycan millisinin start heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Berti Foqts Ramat Qan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüşdə bu futbolçulara güvənəcək.
 
Qapıçı: Kamran Ağayev.
Müdafiəçilər: Elnur Allahverdiyev, Mahir Şükürov, Rasim Ramaldanov, Rəşad Sadıqov.
Yarımmüdafiəçilər: Cihan Özkara, Araz Abdullayev, Rahid Əmirquliyev, Ruslan Abışov.
Hücumçular: Rauf Əliyev, Rüfət Dadaşov.
 
Qeyd edək ki, oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Xəbər xətti