İsrail - Azərbaycan matçı 5 kanalda yayımlanacaq

18:57 - 7 Sentyabr 2013

Bu matç diqqət mərkəzindədir
 
 
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində bu gün Ramat Qan şəhərindəki eyniadlı stadionda keçiriləcək İsrail – Azərbaycan oyunu AzTV vasitəsilə canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
Bu görüş həmçinin IBA Channel 1, Sport TV Live, The Israeli Network və Ukraynanın TRK Futbol kanalı vasitəsilə də canlı təqdim ediləcək.

Xəbər xətti