"Şəfa" stadionunda qol yağış əvəzinə yağdı

21:23 - 7 Sentyabr 2013

"İnter" I Divizion təmsilçisinə dərs keçdi
 
 
Azərbaycan Çempionatında yaranmış fasilədən istifadə edən "İnter" bu gün yoxlama matçı keçirdi.
 
Sportal.az xəbər verir ki, "Şəfa" stadionunda "bankirlər" birinci divizion təmsilçisi "Şuşa" ilə qarşılaşdı.
 
Oyun 4:2 hesabıyla "İnter"in xeyrinə başa çatdı. "Ağ-göylər"in  heyətində Azər Salahlı, Asif Məmmədov və Vaqif Cavadov(2) fərqləndilər.

Xəbər xətti