"Digər komandalar barədə düşünə bilmərəm"

02:12 - 8 Sentyabr 2013

Foqts yenə "Xəzər Lənkəran"a ilişdi
 
 
 Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində baş tutan İsraillə səfər oyununu dəyərləndirib.
 
Sportal.az xəbər verir ki, Foqts bu heç-heçədən sonra “Xəzər Lənkəran”ın Hayfa “Maccabi”sinə iki oyunun nəticəsinə görə 10 cavabsız qolla uduzmasını da yada salıb: “Birinci hissədə bizdə demək olar ki, çox şey alınmadı. Məhz buna görə daha çox narazı qaldım. Amma bu nəticənin pis olmadığını da qeyd etmək lazımdı. Hər halda vaxtilə Azərbaycan İsrailə böyük hesabla uduzurdu. İndi isə ardıcıl iki dəfə heç-heçə etmişik. “Xəzər Lənkəran”ın israillilərə hansı hesabla uduzduğunu da unutmayın”.
 
Almaniyalı mütəxəssis ilk hissədən sonra əvəzlədiyi Araz Abdullayevdən də danışıb: “Araz gənc futbolçudu. Bu üzdən də onun səhvini normal qəbul etmək lazımdı. Mən ona səhv etməyə icazə verirəm. Amma bunu təcrübəli futbolçular etməməlidilər. Araz isə bunu bir dəfə edə bilər. Hər halda Abdullayev artırır və bu, məni çox sevindirir”.
 
- İsrail yığmasında çalışmaq istəmirsiz?
- Mənim Azərbaycanla müqaviləm var. Digər komandalar barədə düşünə bilmərəm.
 
- Niyə müdafiəsində bu qədər boşluqlar olan rəqibi daha çox təzyiq altında saxlaya bilmədik? Yenə də fiziki hazırlıq sözünü dedi?
- Onların yorğun olduğunu nəzərə almaq lazım idi. Sadəcə, futbolçularımız bacarmadılar. Komandada qələbə istəyi daha çox olmalıdı. Həm də bu cür oyunlardan, nəticələrdən sonra azərbaycanlı futbolçuları tərifləmək lazım deyil. Onlar etməli olduqlarını həyata keçirirlər. Ümid edirəm ki, Şimali İrlandiya ilə oyunda daha yaxşı futbol sərgiləyib, qələbə qazanacağıq.

Xəbər xətti