Kaka debüt, "Milan" darmadağın etdi VİDEO

12:51 - 8 Sentyabr 2013

Braziliyalı futbolçu ilk oyununa çıxdı
 
“Milan” dünən “Kyasso” ilə yoxlama oyununda qüvvəsini sınayıb. 
 
Sportal.az xəbər verir ki, komandanın yeni transferi Kaka ilk oyununa çıxıb. İsveçrə klubu ilə görüşdə braziliyalı futbolçu həm də kapitan sarğısını daşıyıb. Görüş “rossonyerlər”in 4:0-lıq qələbəsi ilə yekunlaşıb. Qolları Noçerinyo, Silvestre, Robinyo və Saponaro vurub. 
 
Qeyd edək ki, Kaka bundan əvvəl 2003-2009-cu illərdə “Milan”ın şərəfini qoruyub.  
 

Xəbər xətti