Azərbaycan çempionatında yeni komanda

20:50 - 8 Sentyabr 2013

"MKT-Araz" I Divizionda çıxış edəcək
 
 
Bir neçə gün əvvəl I Divizionunun püşkatma mərasimi keçirilmişdi.
 
Sportal.az xəbər verir ki, mərasim zamanı çempionatda 15 komandanın iştirak edəcəyi qeyd olunmuşdu.
 
Lakin son məlumatlara görə, 16-cı komandanın da mübarizəyə aparacağı bildirilir.
 
Vaxtı ilə Premyer Liqada çıxış edən İmişli "MKT-Araz"ı bu mövsümdən  I Divizionda mübarizə aparacaq.
 
Klubun mübarizəyə qoşulma qərarı isə AFFA tərəfindən verilib. Komanda artıq yığılmağa başlayıb. Püşkatmaya əsasən isə ikinci turdan mübarizəyə qoşulacaq "Şəmkir" ilk turda "MKT-Araz"la qarşılaşacaq.

Xəbər xətti