"Yuventus"a bəd xəbər

22:45 - 8 Sentyabr 2013

Vuçiniç millidə zədələndi

 

“Yuventus”un məşqçilər korpusu bəd xəbər alıblar.

Sportal.az xəbər verir ki,  komandanın aparıcı üzvlərindən olan Mirko Vuçiniç zədələnib.

Çernoqoriyalı forvard milli komandasının heyətində Polşa ilə keçirilən matçda (1:1) zədə alıb. Hələlik Vuçiniçin konkret hansı müddətə sıradan çıxdığı bəlli deyil. 30 yaşlı hücumçu bu günlərdə tibbi müayinədən keçməlidir. Bundan sonra onun hansı müddətə sıradan çıxdığı bilinəcək. 

Xəbər xətti