Lippert futbolçularımıza "tupoy" sayır

00:12 - 9 Sentyabr 2013

"Bu futbolçuların başına heç nə girmir"

 

“Sözün düzü, futbol adına heç nə görmədik. Bir futbolçu tapa bilmədik ki, oyunun gedişini dəyişsin”.

 

Sportal.az xəbər verir ki,  bunu 21 yaçadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.

Millimiz bu gün Avropa çempionatının seçmə qrup mərhələsində İsraillə qarşılaşdı. Netanyu şəhərində 2:7 hesabı ilə uduzan komandamızın almaniyalı çalışdırıcısı məğlubiyyətə belə şərh verib:

“İki əsas futbolçumuz əsas millidədir, onlara alternativ tapa bilmirəm. Sözün düzü, hansısa oyuna bu qədər hazırlaşdığımız yadıma gəlmir. Bu futbolçuların başına heç nə girmir”. 

Xəbər xətti