"Bu oyunda qol vuracağımızı gözləyirdim amma...."

02:41 - 9 Sentyabr 2013

Mixael Nees: "Debüt oyununda belə bir qələbə qazanmaq,..."
 
 
“Bu oyunda qol vuracağımızı gözləyirdim. Amma biz yeddi qol vurmağa nail olduq. Qələbəyə layiq idik. Üçüncü qoldan sonra oyunu tam olaraq əlimizə aldıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri İsrailin U-21 yığmasının baş məşqçisi Mixael Nees AÇ-2015-in seçmə mərhələsində ötən gün Azərbaycana qarşı keçirdikləri oyundan sonra deyib.
O, 7:2 hesabı ilə qələbə qazandıqları matçla bağlı bunları söyləyib:
 
"Birinci hissədə hücuma atılmaqla risk edirdik. Çünki rəqib komanda əks-hücum şansları yaxalamağa başlamışdı. Yığmanın baş məşqçi postundakı debüt oyununda belə bir qələbə qazanmaq sadəcə arzulana bilər”.
 
 

Xəbər xətti