"Sizin dəstəyiniz ilə əvvəlki "İnter"i qaytaracağıq" VİDEO

10:51 - 9 Sentyabr 2013

"Bankirlər"in futbolçuları azarkeşlərlə görüşdü
 
İki gün əvvəl "Şəfa" stadionun ərazisində yerləşən “İnter” kafesində komandanın futbolçularıyla azarkeşlər arasında görüş keçirildi. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Vaqif Cavadov, Ruslan Əmircanov, Asif Məmmədov,Aleksandr İaşvili, Giorgi Lomaya, Slavço Georgiyevski və Bryus Abdulaye iştirak etdilər. Azarkeşlərlə söhbətdə futbolçular göstərilən dəstəyə görə təşəkkür etdilər və növbəti matçlarda uğursuzluq seriyasına son qoyacaqlarına söz verdilər.
 
"İnter" Azarkeş Klubunun rəhbəri Ruslan Muradov bildirdi ki, azarkeşlər komandaya inanırlar və “İnter”i bundan sonra da dəstəkləyəcəklər. 
 
 
 

Xəbər xətti