"Qalatasaray"lılara şad xəbər: Qaret Beyl oynamayacaq

12:29 - 9 Sentyabr 2013

İlk rəqib hansı komanda olacaq?
 
“Real”ın yeni transferi Qaret Beylin komandada nə vaxt debüt edəcəyi müəyyənləşib. 
 
Sportal.az xəbər verir ki, uelsli futbolçu Madrid klubunda ilk oyununu sentyabrın 22-də keçirəcək. Həmin vaxt La Liqanın 5-ci turu çərçivəsində “Real” öz meydanında “Xetafe”ni qəbul edəcək. Bu tarixə qədər Beylin oynamayacağına səbəb isə 24 yaşlı yarımmüdafiəçinin ayağındakı zədədən sonra formasını tam bərpa edə bilməməsidi. Buna görə də o, çempionatın IV turunda “Vilyareal”la səfər oyununu və Çempionlar Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq “Qalatasaray”la matçı buraxmalı olacaq. 

Xəbər xətti