Premyer Liqanın 4 oyunu canlı yayımda

13:29 - 9 Sentyabr 2013

"İdman Azərbaycan" kanalı yenə iş başında

 

Azərbaycan Premyer Liqasının VI turunun 4 oyunu canlı yayımlanacaq.

 

Sportal.az xəbər verir ki, 12 sentyabr - cümə axşamı saat 19:00-da start götürəcək "Neftçi" - "İnter" oyunu "İdman Azərbaycan"nın efirində olacaq. Ertəsi gün saat 19:00-da başalayacaq "Rəvan" - "Qarabağ" matçı da sözügedən kanalda canlı yayımlanacaq. 

 

"İdman Azərbaycan" şənbə günü keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” (saat 19:00) və bazar günü oynanılacaq AZAL - "Qəbələ" (18:00) görüşünü də təqdim edəcək.

Xəbər xətti