Ruslan Abışovun komanda yoldaşı "Rubin"i tərk edir

14:10 - 9 Sentyabr 2013

İsrailli futbolçu alman klubuna keçir
 
“Rubin”in israilli futbolçusu Bibras Natxo komandası ilə yollarını ayırmağa hazırlaşır.
 
Sportal.az xəbər verir ki, millimizin üzvü Ruslan Abışovun komanda yoldaşı ilə “Ştutqart” yaxından maraqlanır. Bu barədə İsrail telekanalı məlumat yayıb. Alman klubu komanda üçün ən uyğun namizədin məhz Natxo olduğunu fikirləşir. Bu arada İsrail millisinin üzvünün Kazan klubu ilə müqaviləsi başa çatır. Yeni sözləşmə üçün danışıqlar aparılmayıb. Bu səbəbdən futbolçu da müqaviləsi başa çatdıqdan sonra dekabrda komandasını tərk etməyin əleyhinə deyil. 

Xəbər xətti