"MKT-Araz"ın baş məşqçisi kim oldu?

16:45 - 9 Sentyabr 2013

Mətləb Məmmədov: "Artıq komanda yığılmağa başlayıb"

 

Dünən "MKT-Araz"ın bu mövsümdən I Divizionda çıxış edəcəyini bildirmişdik. 

Sportal.az xəbər verir ki, artıq klubun baş məşqçisinin kimliyi də müəyyənləşib. Bu vaxtı ilə müxtəlif klublarda forma geyinmiş futbolçumuz Mətləb Məmmədovdur.

Bu xəbəri baş məşqçi saytımıza verdiyi açıqlamada da təsdiqləyib:

"Bəli, artıq İmişlidəyəm. Bu gündən etbiarən komanda yığılmağa başlayacaq. Əsasən İmişlidən olan uşaqlara heyətdə yer verəcəyik".

Xəbər xətti