40 milyon ver, Ardanı al

21:34 - 9 Sentyabr 2013

Arda komandası ilə müqavilə uzadacaq

 

“Atletiko” rəhbərliyi komandanın aparıcı üzvlərindən olan Arda Turana yeni müqavilə təklif edib.

 

Sportal.az xəbər verir ki, tərəflər çox güman ki, bu günlərdə danışıq masası arxasında əyləşəcəklər.

26 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2017-ci ilə qədər nəzərdə tutulacaq. Qeyd edək ki, hazırkı məqamda 24 milyon avrosundan keçən komanda türkiyəli yarımmüdafiəçini transfer edə bilər. Ancaq yeni müqavilə imzaladıqdan sonra Ardanın qiyməti 40 milyon avroya qədər yüksələcək. 

Xəbər xətti