"Real"ın növbəti transfer planı: iki ulduz futbolçudan biri gəlir

11:09 - 10 Sentyabr 2013

Madrid təmsilçisi qışı gözləyir

 

Yay transferi dövründə Qonsalo İquaini sataraq, hücumda yalnız Kərim Benzemanın ümidinə qalan “Real” qışı gözləyir.

 

Sportal.az xəbər verir ki, madridlilər yanvarda heyətlərinə yeni forvard qatmağı planlaşdırırlar. İspaniya mətbuatının yazdığına görə, “Real” rəhbərliyi bu transferə 50 milyon avro pul ayırıb.

 

Qeyd edək ki, "Real"ın "gözaltı etdiyi” 2 futbolçu var. Bunlar Radamel Falkao və Luis Suaresdir. “Real” rəhbərliyi bu 2 hücumçudan birini nəyin bahasına olursa-olsun, transfer etməyi düşünür.

Xəbər xətti