I Divizion: I turun oyun cədvəli

11:31 - 10 Sentyabr 2013

Bütün oyunlar eyni vaxtda başlayacaq
 
Futbol üzrə Azərbaycan I Divizionunda 2013/2014-cü il mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb.
 
Sportal.az xəbər verir ki, dörd oyun günündə keçiriləcək ilk tur Mingəçevirdə start götürəcək və Şəmkirdə başa çatacaq.
 
I tur
 
13 sentyabr (cümə)
 
“Energetik” (Mingəçevir) – “Lokomotiv” (Biləcəri)
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
 
14 sentyabr (şənbə)
 
“Turan – T” (Tovuz) – “Araz Naxçıvan” (Naxçıvan)
Tovuz şəhər stadionu
 
“Qaradağ Lökbatan” (Lökbatan) – “Göyəzən” (Qazax)
Lökbatan Olimpiya idman kompleksinin stadionu
 
“Şuşa” (Şuşa) – “Şahdağ” (Qusar)
“Şəfa” stadionu, 4-cü meydança
 
15 sentyabr (bazar)
 
“Neftçala” (Neftçala) – “Karvan” (Yevlax)
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
 
“Ağsu” (Ağsu) – “Kəpəz” (Gəncə)
Ağsu şəhər stadionu
 
MOİK (Bakı) – “Bakılı” (Bakı)
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 
16 sentyabr (bazar ertəsi)
 
“Şəmkir” (Şəmkir) – “Mil-Muğan” (İmişli)
Şəmkir şəhər Olimpiya idman kompleksinin stadionu
 
Bütün oyunlar saat 17:00-da başlanır. 

Xəbər xətti