Bundesliqa məşqçisi dünyasını dəyişdi

13:20 - 10 Sentyabr 2013

Kloppun məşqçisi vəfat etdi
 
Bundesliqa klublarından “Maynts”ın sabiq baş məşqçisi Volfqanq Frank 62 yaşında dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki, mütəxəssisin beynindəki şiş cümədən şənbəyə keçən gecə onun həyatına son qoyub. O, hazırda Dortmund “Borussiya”sına başçılıq edən Yurgen Kloppu yetişdirib. Frank “Maynts”da işləyəndə Klopp bu komandada oynayıb. 
 
“Onun oyun üslubu bizim üçün çox aydın idi. O, həmişə oyun planını bizə sadə üsulla aşılayardı və aydın plan ilə oyuna göndərərdi” – deyən Klopp sabiq məşqçisini anıb. 

Xəbər xətti