"Rəvan" bütün heyəti "Qarabağ"la oyuna səfərbər edib

18:02 - 10 Sentyabr 2013

"Siğortaçılar" hazırlıqlarını davam etdirir
 
"Rəvan” Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ”ı qəbul edəcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu oyuna hazırlığı davam etdirir.
 
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlər "Bayıl stadionu”nda baş tutur. Hazırlıqda komandanın bütün heyət üzvləri iştirak edir. Son yoxlama oyununda yüngül zədəsi olduğuna görə iştirak etməyən futbolçular – Aqil Nəbiyev, Əziz Quliyev, Rəşad Abdullayev və Elvin Həsənəliyev də kollektivlə birgə çalışır. Elə zədəsini sağaldan Xuan Manuel Varea da komanda ilə ümumi məşqlərə qatılır.
 
Qeyd edək ki, "Rəvan” – "Qarabağ” oyunu sentyabrın 13-də "Bayıl stadionu”nda keçiriləcək. Saat 19:00-da başlayacaq görüş "İdman Azərbaycan” kanalı ilə də canlı yayımlanacaq.

Xəbər xətti