"Utandığımdan söz tapa bilmirəm"

19:25 - 10 Sentyabr 2013

Amit Quluzadə: "Əsas millinin uğurlu çıxışından sonra biz də bunu təkrarlamağı arzulayırdıq"
 
 
 
21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrailə böyük hesabla (2:7) məğlub oldu.
 
Sportal.az xəbər verir ki, qarşılaşmanın iştirakçılarından olan yığmamızın yarımmüdafiəçisi Amit Quluzadə  açıqlama verərkən danışmaqda çətinlik çəkib. Quluzadə bu biabırçılığa görə utandığını deyib:
 
“Utandığımdan danışmağa söz tapmıram. Əslində İsrail bizə 7 top vuracaq gücdə komanda deyil. Amma oyuna çox uğursuz start götürdük. Düzdür, buraxılan 2 topdan sonra bir qol vurduq. Amma heç cür oyunumuzu tapa bilmədik. Əsas millinin uğurlu çıxışından sonra biz də bunu təkrarlamağı arzulayırdıq. Amma alınmadı”. 

Xəbər xətti