Premyer Liqanın 9-cu turunda dəyişiklik

14:14 - 11 Sentyabr 2013

Oyunlar başqa vaxta keçirildi
 
Milli komandamızın DÇ-2014-ün seçmə mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasının 9-cu turunda dəyişiklik edilib. 
 
Sportal.az xəbər verir ki, bu barədə PFL prezidenti Ramin Musayev əmr verib: 
 
Azərbaycan “A” milli yığma komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya yığmaları ilə oyunlara yüksək səviyyədə hazırlaşması və əvvəlcədən təqvimə əlavə olunmuş qeydləri nəzərə alaraq Premyer Liqanın IX turunda aşağıdakı dəyişikliklərin edilməsini
 
ƏMR EDİRƏM
 
Premyer Liqanın IX turunun bütün matçları 04 oktyabr 2013-cü il tarixində keçirilsin.
 
 PFL-in prezidenti                                                                   R.Musayev

Xəbər xətti