"Qalatasaray"lılara şad xəbər

20:43 - 11 Sentyabr 2013

Selçuk İnan "Real"la oyunda oynaya bilər

 

Türkiyə yığmasının dünən DÇ-2014-ün seçmə mərhələsində Rumıniya ilə qarşılaşdığı matçda zədələnən Səlçuk İnanın vəziyyəti maraqla gözlənilirdi.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin zədələnməsi təbii ki, ən çox “Qalatasaray” cəbhəsində narahatlıq doğururdu.

 

Lakin MRT-si çəkilən futbolçudan şad xəbər gəlib. Belə ki, Səlçuk özü yerli mətbuata verdiyi açıqlamada həm həftəsonu Superliqada “Antalyaspor”, həm də gələn həftə Çempionlar Liqasında “Real”la keçiriləcək görüşlərdə iştirak edə biləcəyini deyib.

Xəbər xətti