Erik Ramos "İnter"lə oyundan danışdı

23:16 - 11 Sentyabr 2013

"3 xal bizə də hava-su kimi lazımdı"

 

 

"İnter" mövsümə istədiyi kimi başlamayıb. Bu səbəbdən xal qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər". 

 

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Erik Ramos deyib.

 

Paraqvaylı yarımmüdafiəçisi 3 xala ehtiyaclarının olduğunu bildirib: "Təbii ki, 3 xal bizə də hava-su kimi lazımdı. Buna görə də sabah meydana yalnız qələbə üçün çıxacağıq. Çempionat uzun marafon olsa da burada hər xal qızıl dəyərindədi. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək".

 

 

Xəbər xətti