Rəşad Sadiqov: "İnter"in zəif çıxışı bizi arxayınlaşdırmır"

00:01 - 12 Sentyabr 2013

"Sabahkı oyunda azarkeşlərimizin güclü dəstəyinə ehtiyacımız olacaq"

 

 

 

"Çətin oyun olacağını bilirik. "İnter"in zəif çıxışı bizi arxayınlaşdırmır. Rəqibə hörmətlə yanaşırıq".

 

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Rəşad Sadiqov deyib.

 

Kapitan yalnız qələbə haqqında düşündüklərini bildirib:

 

"Komanda olaraq yalnız qələbəyə köklənmişik. Sabahkı oyunda azarkeşlərimizin güclü dəstəyinə ehtiyacımız olacaq. İnanıram ki, qələbə qazanıb turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıracağıq"

 

Qeyd edək ki, "Neftçi" - "İnter" oyunu sabah saat 19:00-da "Baksell Arena"da başlanacaq. 

Xəbər xətti