Paytaxt derbisini "Neftçi" qazandı YENİLƏNİB

20:50 - 12 Sentyabr 2013

"Neftçi" "İnter"ə qarşı
 
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan 10 günlük fasilə başa çatır.
 
Sportal.az xəbər verir ki, bu gün Premyer Liqada VI turun oyunlarına start veriləcək. Bu turun görüşləri 4 gün ərzində keçiriləcək. İlk oyun günündə bir qarşılaşma olacaq. 36-cı paytaxt derbisində “Neftçi” doğma divarlar arasında turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “İnter”i qəbul edəcək. Rəqiblərindən geri düşməmək üçün “flaqman” bu matçdan 3 xalla ayrılmağa çalışacaq.
 
 
Premyer Liqa: 6-cı tur
 
12 sentyabr 
 
19:00. “Neftçi” – “İnter” 3:1
Qollar: Araz Abdullayev,15, Karlos Kardozo,22, Melvin Platye, 46 - Vaqif Cavadov, 67
Qırmızı vərəqələr: Abdulla Abatsıyev,83, Bertuççi, 83
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Namiq Hüseynov, Namiq Bəkirov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
“Bakcell Arena” stadionu. 

Xəbər xətti