Millimiz FİFA reytinqində irəlilədi

01:23 - 13 Sentyabr 2013

Millimiz 315 xalla 107-ci yerdədir
 
 
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
 
 
Sportal.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan yığması 8 pillə irəliləyərək, 107-ci yrə yüksəlib. Hazırda millimizin aktivində 315 reytinq balı var.
 
Dünya reytinqində əvvəlki kimi İspaniya başçılıq edir. 2 pillə irəliləyən Argentina ikinci yerə yüksəldiyi halda, Almaniya 1 pillə geriləyərək, üçüncü yerə enib. İtaliya millisi sıralamada dördüncü, Kolumbiya beşinci, Belçika altıncı, Uruqvay yeddinci, Braziliya səkkizinci, Hollandiya doqquzuncu, Xorvatiya isə onuncudur. Fatih Terimin gəlişindən sonra toparlanan Türkiyə yığması isə 9 pillə irəliyərək, 49-cu yerə yüksəlib.
 
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya millisi 4 pillə geriləyərək, 11-ci yerə yuvarlandığı halda, Rusiya 1 pillə irəliləyərək, sıralamada 15-cidir. Digər rəqiblərə gəldikdə, 6 pillə geriləyən İsrail 69-cu, 23 pillə irəliləyən Şimali İrlandiya 86-cı, 14 pillə irəliləyən Lüksemburq isə 126-cıdır. 

Xəbər xətti