"Əgər çempionluq qazanmaq istəyiriksə, ... "

12:23 - 13 Sentyabr 2013

Nizami Hacıyev: "Paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyik"
 
"Fasilənin ilk 5 gününü istirahət etdik. Daha sonra məşqlərimiz başladı. Əsasən fiziki hazırlığa üstünlük verdik. Gündəlik iki məşqimiz oldu. Bu bizim fiziki formamızı bərpa etməyimiz üçün vacib idi. Komanda olaraq fasiləni gözəl dəyərləndirdiyimizi deyə bilərəm".
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Premyer Liqanın VI turu çərçivəsində baş tutacaq AZAL-"Qəbələ" matçı öncəsi "qırmızı-qaraların" yarımmüdafiəçisi Nizami Hacıyev söyləyib. O, AZAL-ın güclü komanda olduğunu, lakin "Qəbələ"nin rəqibdən çəkinmədiyini deyib:
 
"AZAL 5 turdan sonra turnir cədvəlinə rəhbərlik edir. Bu onların gücündən xəbər verir. Çox intizamlı komandadır. Məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirirlər, oyun distiplinini sona qədər qoruyurlar. Amma bizim də öz oyun üslübumuz var. Əgər məşqçimizin istəklərini sona qədər yerinə yetirə bilsək, öz oyunumuzu rəqibə diktə etməyi bacarsaq, paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyik. Komandamızda bu potensial var. Yalnız qələbəni düşünürük. Əgər çempionluq qazanmaq istəyiriksə, hər oyunda qələbə uğrunda mübarizə aparmalıyıq".

Xəbər xətti