"Qarabağ" növbəti dəfə xal itirdi YENİLƏNİB

19:53 - 13 Sentyabr 2013

Ağdamlılar "Rəvan"a qarşı
 
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun bir oyunu keçiriləcək. Sportal.az xəbər verir ki, "Rəvan" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Oyunun favoriti "Qarabağ" sayılır. Ağdamlılar "Rəvan"ı məğlub etməklə yenidən turnir cədvəlinin zirvəsinə qayıtmaq fikrindədir.
 
"Rəvan" isə çempionatda ikinci qələbəsini qazanıb ehtiyatındakı xal sayını artırmaqla son pillələrdən qurtarmaq fikrindədir.
 
Topaz Premyer Liqası
VI tur
 
13 sentyabr (cümə) 
 
18:00. “Rəvan” – “Qarabağ” 1:1
Qollar: Sebastyan Kastro, 20 - C.Leroy, 88
Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Ömər Paşayev
“Bayıl Arena” stadionu

Xəbər xətti