"Qəbələ" ciddi itki ilə Bakıya yola düşür

15:47 - 13 Sentyabr 2013

Əyalət təmsilçisi bu gün axşam məşqilə hazırlıqlara yekun vuracaq
 
Sentyabrın 15-i Premyer Liqanın VI turu çərçivəsində baş tutacaq AZAL-"Qəbələ" görüşünün hazırlıqlarını davam etdirən "qırmızı-qaralar" bu gün axşam məşqi ilə  doğma məkanda matçöncəsi hazırlıqlara yekun vuracaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sabah səhər saatlarında isə komanda paytaxta yola düşəcək. "Qəbələ" qarşılaşma öncəsi son məşqinə sabah saat 18:00-da AZAL-ın ev oyunlarını keçirdiyi Şüvəlan qəsəbə stadionunda çıxacaq. Komanda Bakıya bir itki ilə - məşq prosesində ağır zədə alan Rail Məlikovsuz yollanacaq.
 
Xatırladaq ki, matç sentyabrın 15-i saat 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti