"Bu sözü deməyə onun haqqı çatmaz" MÜSAHİBƏ

16:26 - 13 Sentyabr 2013

Mirhüseyn Seyidov: "İnter" keçən illərə nisbətən zəifləyib"

 

"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Sportal.az-a müsahibəsi

 

- "İnter"lə oyun haqqında nə deyə bilərsən?
- Bizim üçün normal oyun oldu amma biz gözləyirdik çətin oyun olsun. Elə oldu ki, oyun asanlaşdı. Hesabın ilk hissə 3:0 olması bizi rahatlaşdırdı. Biz hesabı qorumağa çalışdıq. Düzdür, 3:1 oldu amma belə yaxşı oynadıq. Oyunumuz alındı.
 
- İkinci hissə komanda olaraq elə yaxşı oynamadınız. Bu nədən irəli gəlirdi?
- İkinci hissəyə 3:0 öndə başladıq. Ola bilsin ki, komandada bir az rahatlıq, arxayınlaşma oldu. Əgər ikinci hissə hesab bərabər olsaydı, onda "İnter" nəsə edə bilərdi.
 
- İki oyun idi ki, qələbə qazana bilmirdiniz. Bu oyunda belə hesabla qalib gəlməyiniz əsas səbəbi nə idi?
- Əvvəlki iki oyunda zəif oynadıq. Bu iki oyunda itirdiyimiz xalların məsuliyyətini dərk etdik. Bu oyuna çox yaxşı hazırlaşdıq. Biz hər il "İnter"lə oynayanda belə olmurdu. Ötən illərə nisbətən "İnter" bu il bir az zəifləyib. Bu da bizim işimizi asanlaşdırdı.
 
- "Neftçi" bu il ardıcıl 4-cü çümpionluğu yaşaya biləcək?
- Əlbəttə, komanda bu il də yaxşı oyun göstərir.  Düzdür, digər komandalar da güclənib. "Bakı" və "Qəbələ" yaxşı oyu göstərir. Dörd dövrəli sistemdir hələ çempionluqdan danışmaq tezdir. İkinci dövrədə çempionluğa kimin daha çox iddialı olması məlum olacaq. Amma bizdə çempionluq istəyi var və olmağa da çalışacağıq.
 
- Tərlan Əhmədov gənc bir məşqçidir. Onunla çalışmaq futbolçulara heç bir problem yaratmırki?
- Yox, əvvəlki illər kimi məşqlərimizi edirik. O barədə heç bir problem yoxdur. Komanda yaxşı oynayırsa, deməli burada məşqçilik işi var.
 
- Yığma komandamız İsrailə 2:7 hesabı ilə məğlub oldu. Bunun əsas səbəbi nə idi?
- Belə məğlubiyyəti özümüz də gözləmirdik. Bizdə  bu oyunda özümüzü göstərmək üçün əlavə stimul var idi. Mən də ikinci hissə daxil oldum meydana. Nə oldusa, oyun günü oldu. Çox zəif oyun oynadıq. İlk 3 dəqiqədə iki top buraxdıq və biz irəliyə atıldıq. Bu da müdafiədə boşluqlar oldu. Bu da böyükhesablı məğlubiyyətə gətirib çıxartdı.
 
- Bəzi futbolçularınız deyirdi ki, "meydanda oyunçular kişi kimi oynamadı". Bu fikrə münasibətin necədir?
- Belə şey ola bilməz. Mə inanmıram elə şey olsun. Bu sözü Popoviç deyib. Yeri gəlsə, onun da zəif çıxış etdiyi oyunlar olub. Bəlkə də o başqa cür demək istəyib. Bu sözü deməyə onun haqqı çatmaz. Çünki komanda 1-2 nəfərdən ibarət deyil.
 
 
Yusif HÜSEYN

Xəbər xətti