"1 xal qazanmadıq, 2 vacib xal itirdik "

10:26 - 14 Sentyabr 2013

Sebastian Telyo: "Rəvan" bu gün döyüşdü" 

 

"Komandam bu gün meydanda döyüşkən mübarizə apardı. Oyundan razı qaldım, amma hesabdan yox."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Rəvan"ın hücumçusu Sebastian Kastro Telyo deyib. Telyo "Rəvan"ın bu oyunda vacib iki xal itirdiyini də sözlərinə əlavə etdi:

 

"Bu oyunda 1 xal qazanmadıq, iki vacib xal itirdik. Növbəti oyunlarda da belə davam etsək, qələbələr ard-arda gələcək. Son dəqiqələrdə qol buraxmağımız bizi məyus etdi."

Xəbər xətti