Zədələndi, Kakanın şansını artırdı

14:51 - 14 Sentyabr 2013

Braziliyalı "Torino" ilə oyunda meydana çıxa bilər
 
“Milan”ın hücumçusu Stefan El Şaaravi zədələnib.
 
Sportal.az xəbər verir ki, sağ ayaq əzələsi dartıldığından italiyalı futbolçu qarşıdakı oyunları buraxacaq. El Şaaravinin bərpa müddətinin nə qədər çəkəcəyi aparılan testlərdən sonra bəlli olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun İtaliya çempionatının III turu çərçivəsində səfərdə “Torino” və Çempionlar Liqasının ilk turunda “Seltik”lə matçda forma geyinə bilməyəcəyi ehtimal olunur. 
 
El Şaaravinin zədələnməsi “Milan”ın yeni transferi Kaka üçün əlverişli şərait yaradıb. Belə ki, tərübəli futbolçu “Torino” ilə oyunda əsas heyətdə meydana çıxa bilər. Baş məşqçi Massimliano Alleqri Kakanın əsas heyətdə meydana çıxacağını və ona şans verəcəyini istisna etməyib. 

Xəbər xətti