"Biz əlimizdən gələni edirik, amma ...." MÜSAHİBƏ

12:00 - 15 Sentyabr 2013

Corc Leroy:"Qələbə qazana biləcəyimiz bir oyun idi"
 
"Qarabağ"ın yarımmüdafiəçisi Corc Leroyun Sportal.az-a müsahibəsi
 
- “Rəvan”la oyun haqqında fikirlərin necədir? Necə keçdi oyun?
- Çox ağır oyun oldu. Yaxşı oynadıq amma əlimizə düşən qol epizodlarından yararlana bilmədik. Kiçik bir diqqətsizlikdən qapımızda qol gördük. İstədiyimiz qolu son dəqiqələrdə vura bildik. Qələbə qazana biləcəyimiz bir oyun idi.
 
- Bu matçda öz oyununu necə dəyərləndirirsən?
- Belə pis alınmadı. Mənim də iki real qol vəziyyətim oldu amma heç birindən yararlana bilmədim.
 
- Komandan çoxlu qol epizodu yaratsa da, bunlardan istifadə edə bilmir. Səncə, qol vurmağa nə mane olur?
- Məncə, komandamın bəxti gətirmir. Biz əlimizdən gələni edirik amma top qapıya girmək istəmir.
 
- “Qarabağ” bu mövsüm çempion ola biləcəkmi?
- Niyə də olmasın. Qarşıda bizi uzun marafon gözləyir. Biz, futbolçular irəlidəki oyunlara daha ciddi hazırlaşmalıyıq. Komandanın bir çox futbolçuları milli komandanın heyətində idilər. Bu oyun komandada yorğunluq hiss olunurdu. Yorğunluğun da səbəbi bu idi.
 
- Son olaraq, azarkeşlərə nə demək istəyirsən?
- Azarkeşlərə təşəkkür edirəm ki, bizi tək qoymurlar. Biz də çalışacağıq onların istədikləri kimi oynayaq.
 
 
 Ayaz İBRAHİMOV

Xəbər xətti