Con Toşak: "Bu suala şərh vermək istəmirəm" MÜSAHİBƏ

13:47 - 15 Sentyabr 2013

"Həqiqətən, o, belə dedi?"

 

Dünən "Xəzər Lənkəran" azarkeşləri önündə "Bakı"nı 2:1 hesabı ilə məğlub edib.

 

Matçdan sonra cənub təmsilçisinin baş məşqçisi Con Toşak Sportal.az saytının əməkdaşının suallarını cavablayıb.

 

- Bu oyun haqqında nə deyə bilərsiniz?
- Komanda yenə də uşaq səhvindən qol buraxdı, lakin onlar böyük əzmkarlıq göstərərək geri dönüş edib qələbə qazandılar.
 
- "Bakı" qol vuranda sizcə, qapıçıya faul olmuşdu?
- Bu haqda heç nə deməyəcəm.
 
- Komanda Elnur Allahverdiyevsiz ilk oyununa çıxdı və qələbə qazandı. Demək olar ki, komandada problemlər ondan qaynaqlanır?
- Bu suala şərh vermək istəmirəm.
 
- Rəqibin baş məşqçisi bildirib ki, "XL" bu qələbəyə sevinirsə, bu tarixdir". Bu fikrə münasibətiniz necədir?
- O, həqiqətən belə deyib?. Əgər belə deyibsə, mən onunla razılaşmıram. Çünki mən bu oyunda Orxanın yüz faizlik seyv elədiyini görmədim.
 
-"Bakı"nın baş məşqçisi penalti epizoduna etiraz etdi. Sizcə, penalti var idi?
- Bəli, orada açıq-aşkar görsənirdi ki, rəqibin futbolçusu bizim oyunçumuzu əllə arxadan itələyib.
 
Yusif HÜSEYN

Xəbər xətti