"Artıq "Xəzər Lənkəran"la oyuna hazırlaşacağıq"

20:38 - 15 Sentyabr 2013

Vaqif Sadıqov: "Rəqibin hücum xətti çox güclüdür"
 
“Hər iki komanda üçün vacib oyun idi. Bizim üçün həlledici oyun idi. “Qəbələ” elə komanda deyil ki, AZAL-a onu 6 xal qabaqlamağa imkan versin".
 
Sportal.az-ın PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qəbələ" ilə oyundan (1:2) sonra deyib:
 
 "Çempionatdakı fasilə zamanı daha çox standart vəziyyətlər üzərində çalışmışdıq. Rəqibin hücum xətti çox güclüdür, hətta azlıqda qalandan sonra da biz bundan istifadə edə bilmədik. Erkən qol vurub, qapımızda iki top gördük. Artıq “Xəzər Lənkəran”la oyuna hazırlaşacağıq”.

Xəbər xətti