Radamel Falkao qol vurdu, "Monako" lider oldu VİDEO

12:43 - 16 Sentyabr 2013

"Lion" isə bir xala razı oldu
 
Fransa Liqa 1-də V tur başa çatıb.
 
Sportal.az xəbər verir ki, turun son oyun günündə 3 qarşılaşma keçirilib. “Monako” doğma meydanda “Loryen”ə qalib gələrək liderliyə yüksəlib. Falkaonun yeganə qolu komandasına qələbə gətirib. “Lion” - “Renn” oyununda qol vurulmayıb. Digər görüşdə isə qonaqlar qələbəyə sevinib. 
 
Qeyd edək ki, növbəti tura sentyabrın 20-də start veriləcək. 
 
Fransa çempionatı: 5-ci tur
 
15 sentyabr
 
“Monako” – “Loryen”  1:0
Qol: Falkao, 6 (p)
 
Lill” – “Nitsa” 0:2
Qollar: Dario Çvitaniç, 20, 45 
 
"Lion" - "Renn" 0:0  
 

Xəbər xətti