Çempionlar Liqasında yeni mövsüm həyəcanı başlayır

13:10 - 16 Sentyabr 2013

İlk turun oyunlarına sabah start veriləcək
 
Sabah UEFA Çempionlar Liqasında yeni, 2013-2014-cü il mövsümünə start veriləcək.
 
Sportal.az xəbər verir ki, qitə futbolunun ən nüfuzlu klub turnirində 32 komanda qalib adı uğrunda mübarizəyə qoşulacaq. Məlum olduğu ki, bu komandalar 8 qrupda yer alır. Sabah A, B, C və D qruplarında ilk turun oyunları keçiriləcək. Futbol azarkeşlərimizin böyük maraqla gözlədiyi oyunlardan biri Türkiyədə baş tutacaq. “Qalatasaray” “Real”ı qəbul edəcək. 
 
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 
Çempionlar Liqası: ilk tur
 
17 sentybr
 
A qrupu
23:45. "Real Sosyedad"  - "Şaxtyor"
23:45. "Mançester Yunayted"  - "Bayer"
 
B qrupu
23:45. “Qalatasaray” – “Real” 
23:45. “Kopenhagen”  – “Yuventus” 
 
C qrupu
23:45. “Benfika”  – “Anderlext” 
23:45. “Olimpiakos” – PSJ 
 
D qrupu
23:45. “Viktoriya”  – “Mançester Siti” 
23:45. "Bavariya"  – ÇSKA (Moskva)
 
 
18 sentyabr
 
E qrupu
23:45. “Çelsi” – “Bazel” 
23:45. “Şalke”  – “Styaua” 
 
F qrupu
23:45. “Marsel” (Fransa) – “Arsenal” (İngiltərə)
23:45. “Napoli”  – “Borussiya” (Dortmund)
 
G qrupu
23:45. "Austriya" - "Porto"
23:45. "Atletiko"  – "Zenit" 
 
H qrupu
23:45. “Barselona”  – “Ayaks”  
23:45. “Milan” – “Seltik” 

Xəbər xətti