Sumqayıt İdman Mərkəzində oturacaqlar quraşdırılır FOTO

16:34 - 16 Sentyabr 2013

Həyətyanı sahədə asfaltlama işlərinə start verilib
 
Sumqayıt İdman Mərkəzinin tikintisi davam etməkdədir.
 
Sportal.az "Sumqayıt"ın rəsmi saytına istinadən xəbər verir ki, artıq 3 gündür mərkəzdə azarkeşlər üçün oturacaqların quraşdırılmasına start verilib. Bu həftə oturacaqların quraşdırılması yekunlaşacaq. İdman Mərkəzinin həyətyanı sahəsində də asfaltlama işlərinə start verilib. Mərkəzin texniki sahəsində də işlər başa çatmaq üzrədir. Paltardəyişmə otaqları ilə yanaşı, digər texniki otaqlar artıq tam hazırlanıb. 
 
 

Xəbər xətti