Ronaldoya ağır ittiham

22:33 - 16 Sentyabr 2013

"Ronaldo Neymarın yaşında ikən adi bir oyunçu idi"
 
 
 "Barselona"nın ulduz futbolçusu Neymarın meneceri Vaqner Ribeiro şəxsi tvitter səhifəsindən "Kral" klubu ilə müqavilə yeniləyərək dünyanın ən çox maaş alan futbolçusu ünvanını əldə edən Kristiano Ronaldonun heç də Neymardan yaxşı futbolçu olmadığını bildirib.
 
Sportal.az  xəbər verir ki, Ribeiro şəxsi tvitter səhifəsində "Neymar və Kristiano, 5 fevralda, eyni gündə doğulublar. Ronaldo Neymarın yaşında ikən adi bir oyunçu idi. Günümüzdə isə Ronaldonun Neymardan tək fərqi daha yaraşıqlı olmasıdır" deyə Ronaldonu ittiham edib.
 

Xəbər xətti