"Hesabın 3:1 olacağını düşünmürdüm" MÜSAHİBƏ

12:50 - 17 Sentyabr 2013

Rəşad Eyyubov:"Rəqibin səhv etməsini gözləyirdik"
 
"Simurq"un yarımmüdafiəçisi Rəşad Eyyubovun Sportal.az-a müsahibəsi:
 
- "Sumqayıt"la oyun necə keçdi?
- Bizim üçün ağır oyun oldu, çünki hava çox isti idi. Biz baş məşqçi tərəfindən verilən tapşırığı layiqincə yerinə yetirdik. İrəli atıldıq, ilk qolu vurduq sonra rəqibin səhhv etməsini gözlədik. Rəqib də səhvlər edincə, biz maksimum bu şanslardan yararlandıq.
 
- Matçdan əvvəl belə hesabla qalib gələcəyinizi düşünürdün?
- Oyundan əvvəl biz yalnız qələbəyə köklənmişdik. Amma hesabın 3:1 olacağını düşünmürdüm.
 
- Növbəti turda "Qarabağ"la qarşılaşırsınız. Bu barədə nə deyə bilərsən?
- "Qarabağ" güclü komandadır. Amma nə olursa, olsun biz meydana yalnız qələbə üçün çıxacağıq.
 
-Bu mövsüm öz oyununu necə dəyərləndirirsən?
- Mövsümə elə də yaxşı başlamadım bu da zədəmin olması ilə bağlı idi. Amma indi forma yığıram və irəlidəki oyunlarda komandama daha çox kömək edəcəyimə inanıram.
 
- Bu mövsüm statiskaya əsasən ən az azarkeş "Simurq"un oyunlarında olur. Bunu nə ilə əlaqələndirirsn?
- Biz hal-hazırda ev oyunlarını Zaqatalada keçirə bilmirik. Əsas səbəb odur. Bir də bütün səfər oyunlarında azarkeşlər bizi yalnız buraxmır və bizə də lazım olan dəstəyi verirlər.
 
- Artıq "Simurq"un 10 xalı var. Səncə komanda bu il avrokuboklarda oynamağa vəsiqə qazana bilər?
- Bu barədə indidən nəsə demək hələ tezdir qarşıda bizi uzun marafon gözləyir. Biz ən yaxşısını etmək üçün çalışacağıq
 
Yusif Hüseyn

Xəbər xətti