Totti qol vurdu, "Roma" liderliyə şərik çıxdı VİDEO

13:26 - 17 Sentyabr 2013

3 qolla gələn 3 xal
 
İtaliya A Seriyasında III tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, turun son qarşılaşmasında “Roma” səfərdə “Parma”nı məğlub edib. İlk hissədə hesabda geridə olmasına baxmayaraq paytaxt klubu ikinci hissədə özünə gəlib və 3 qol vuraraq meydandan qalib ayrılıb. Bununla da "Roma" xal ehtiyatını 9-a çatdırıb və "Napoli" ilə 1-2 yerləri bölüşdürür. 
 
Qeyd edək ki, IV tura sentyabrın 21-də start veriləcək. 
 
İtaliya çempionatı: 3-cü tur
 
16 sentyabr
 
“Parma” – “Roma”  1:3
Qollar: Conatan Biabiani, 38    -  Florenzi, 49, Totti, 70, Kevin Strotman, 85 (p) 
 

Xəbər xətti