Elvin Həsənəliyev "Qəbələ" ilə matçı buraxacaq

18:45 - 17 Sentyabr 2013

"Rəvan" "Qəbələ" ilə oyuna hazırlaşır
 
 
 
"Rəvan”  Premyer Liqanın 7-ci turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq. 
 
Sportal.az xəbər verir ki, "sarı qırmızılılar"  oyuna hazırlığı "Bayıl” stadionunda davam etdirir.
 
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlərdə 2 istisna olmaqla komandanın bütün heyət üzvləri iştirak edir.
 
Belə ki, Tofiq Mikayılov ili başa vurubsa, Elvin Həsənəliyev qasıq nahiyyəsindəki zədəni sağaltmaqla məşğuldur.
 
Odur ki, bu iki futbolçu Qəbələ səfərində komandasına kömək edə bilməyəcək. Qalan bütün komanda üzvləri ümumi qrupda hazırlıqda iştirak edir.

Xəbər xətti