"Biz öz futbolumuzu oynamaq niyyətindəyik"

19:31 - 17 Sentyabr 2013

İsko "Qalatasaray"la oyunu dəyərləndirdi
 
 
 
 Bu gün ÇL-da "Qalatasaray" azarkeşləri önündə "Real"ı qonaq edəcək.
 
 
Sportal.az xəbər verir ki,"Real" klubunun yarımmüdafiəçisi İsko Çempionlar Liqasında bu gecə "Qalatasaray" klubuna qarşı baş tutacaq oyun barədə fikirlərini bildirib.
 
 
"Biz başa düşürük meydanda azarkeşlərin yaratdığı ab-havanı nəzərə alsaq, "Qalatasaray" öz meydanında ikiqat güclüdür. 
Onların hücümda təhlükəli forvardları var. Amma biz öz futbolumuzu oynamaq niyyətindəyik. Bu əsasdır. 
 
Sneyder, Yılmaz, Droqba - onlar bizim qapızımı daimi hədələyəcəklər. Buna görə də onları zərərləşdirmək bizim qarşımızda asan məsələ olmayacaq", - İsko UEFA-nın saytına bildirib.

Xəbər xətti