"Barsa"ya şad xəbər

00:01 - 18 Sentyabr 2013

Puyol "Ayaks"a qarşı oynaya biləcək

 

Uzun müddətdir zədədən əziyyət çəkən Karles Puyolun sıraya döndüyünü xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi artıq məşqlərə başlayıb.

İspaniya mətbuatının yazdığına görə, Puyol Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Ayaks”la keçiriləcək oyunda iştirak edə bilər. Bununla belə, son qərarı məşqçilər korpusu verəcək.

Xəbər xətti