Darmadağını izlədi və Karlo Ançelotti ilə görüşdü FOTO

14:25 - 18 Sentyabr 2013

Rəqib məşqçi "Qalatasaray"ın oyununda
 
“Beşiktaş”ın baş məşqçisi Slaven Biliç ənənəsini pozmayıb.
 
Sportal.az xəbər verir ki, “Qalatasaray” – “Real” oyununu izləyənlər arasında xorvatiyalı mütəxəssis də olub. Belə ki, Türkiyə Superliqasının 5-ci turunda “Beşiktaş” – “Qalatasaray” derbisi olacaq. “Sarı-qırmızılılar”ın iki – “Qaziantepspor” və “Antalyaspor”la oyununu izləyən Biliç “Real”la matçda da stadiona üz tutub. Darmadağının şahidi olan Biliç oyundan sonra Karlo Ançelotti ilə görüşüb. O, həm Ançelottini, həm də xorvatiyalı futbolçu Luka Modriçi qələbə münasibətilə təbrik edib.   
 
 

Xəbər xətti