Ardıcıl 3 məğlubiyyət və klubdaxili iclas

15:06 - 18 Sentyabr 2013

Komandanın qalibiyyət üzü görməməsinin səbəbləri müzakirə olunacaq
 
“Sumqayıt”da klubdaxili iclas keçiriləcək.
 
Sportal.az xəbər verir ki, buna səbəb son 3 turda komandanın ardıcıl məğlub olmasıdı. Belə ki, “gənclik şəhər təmsilçisi” AZAL-a (0:1), “Rəvan”a (0:1), və VI turda “Simurq”a (3:1) məğlub olub. Komandanın belə uğursuzluğu klubdaxili iclasın keçirilməsinə zərurət yaradıb. İclasda "Sumqayıt"ın qalibiyyət üzü görməməsinin səbəbləri müzakirə olunacaq. 
 
Qeyd edək ki, VI turdan sonra “Sumqayıt” turnir cədvəlində 4 xalla 9-cu pillədə qərarlaşıb.  

Xəbər xətti